Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

"Avropada təhsil" sərgisi : 2 Oktyabr, 10:00, Hilton Hotel

29 sentyabr 2022 Offres
Görülmüş 6 fois

 

Avropada ali təhsil imkanlarını Bakıda kəşf edin! 

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində 10 Avropa ölkəsi təhsil üçün sizə doğru gəlir.

2 Oktyabrda keçiriləcək “Avropada təhsil” sərgisində Avropada ali təhsil imkanlarını yaxından öyrənmək, bol-bol məlumat toplamaq fürsətiniz olacaq. 10 ölkədən 20-dən çox sərgi iştirakçısı sizə Avropa ali təhsil sistemləri, universitetlər, proqramlar və təqaüdlər barədə ətraflı, ən əsası isə birbaşa məlumat verəcəklər.

Təhsil sərgisində iştirak edəcək fransız Universitetlərinin və Campus France Azərbaycan bürosunun stendinə yaxınlaşıb suallarınıza cavab tapa bilərsiniz :

 

  • UFAZ (Campus France stendilə birgə)
  • L’Université de Franche-Comté (Franş Konte Universiteti )
  • L’ICN Business School ( Fransanın maliyyə və menecment üzrə ixtisaslaşmış biznes məktəbi )
  • L’Ecole des Mines de Nancy – Université de Lorraine ( Lotaringiya bölgəsində yerləşən Nansi Mədənlər Məktəbi)
  • Rennes School of Business ( Ren şəhərinin Biznes Məktəbi )

 

Təhsil sərgisində iştirak edəcək ölkələr:

Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa, İspaniya, İtaliya, İsveç, Macarıstan, Portuqaliya.

 

Avropada ali təhsilə maraq göstərən hər kəsi sərgiyə qoşulmağa dəvət edirik.

İştirak PULSUZdur, qeydiyyat mütləqdir.

Tədbir günü: 2 Oktyabr

Başlama vaxtı: 10:00

Qeydiyyat üçün: https://studyineuropefairs.eu/exhibitions/register/23/

Tədbir yeri: Hilton Hotel




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.