Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

« Bienvenue en France » (« Fransaya xoş gəlmisiniz ») labeli Fransada beynəlxalq tələbələrə ən yaxşı qarşılanma təklif edən Fransa universitetlərini mükafatlandırır. Təsəvvür edin! Artıq 134 labelləşmiş universitet mövcuddur!

11 fevral 2022 Karyera
Görülmüş 168 fois

Fransada təhsil almağa gəlmək əvvəlcədən hazırlanmalı olan bir seçimdir. Təhsil almaq istədiyiniz müəssisələri seçməkdə sizə kömək etmək üçün niyə də « Bienvenue en France » labelinə malik universitetlərə üstünlük verməyəsiniz.

 

Əcnəbi tələbələrin qəbulunun keyfiyyəti Fransa ali təhsilinin beynəlmiləlləşməsi və cəlbediciliyi üçün əsas məsələ olan « Bienvenue en France » labeli, Campus France Agentliyi tərəfindən  beynəlxalq tələbələrin qəbulunu təkmilləşdirmək istiqamətində atılan addımları gözəçarpan təqdim etmək istəyən ali təhsil müəssisələrinə verilir. « Bienvenue en France »  labeli bu universitetlərin Fransada təhsil aldıqları müddətdə beynəlxalq tələbələrin gündəlik və praktik həyatını asanlaşdırmaq üçün həyata keçirdiyi konkret tədbirləri təsdiq edir. Bu, əcnəbi tələbələrin qarşılanma keyfiyyətinə zəmanət vermək üçün müəsissənin nəyi tətbiq etdiyini başa düşməyə imkan verir.

 

Beynəlxalq tələbələr üçün məlumatın keyfiyyəti və əlçatanlığı, xüsusən də saytın bir çox dillərdə fəaliyyət göstərməsi kimi çoxsaylı meyarlar bu labeli əldə etmək istəyən hər bir müəsissə üçün tətbiq edilir. Müəssisə həmçinin beynəlxalq tələbələr üçün əlçatan və keyfiyyətli qəbul imkanları, müvafiq tədris və təhsil monitorinqi, kampus həyatında dəstək (yaşayış, tələbə həyatı) təklif etməli və nəhayət, inteqrasiyanı peşəkarcasına təşviq etməli və məzunlarla əlaqə saxlamalıdır. « Bienvenue en France » labelini daşıyan bir müəssisəni seçməklə, beynəlxalq tələbələr Fransada ən yaxşı şəraitdə qarşılanacaqlarını və diqqətlərini akademik layihələrinə cəmləyəcəklərini təmin edirlər. Artıq 134 ali təhsil müəssisəsi bu labelə sahibdir.

 

Əlavə məlumat almaq üçün: https://www.campusfrance.org/fr/label-bienvenue-en-france-etablissements-labellises

 

Label almış müəssisələrin siyahısı ilə tanış olmaq üçün buraya klikləyin.

 

Campus France-ın onlayn axtarış kataloqlarında ixtisasınızı tapın.

 

https://cataloguelm.campusfrance.org/licence/#/catalog

https://cataloguelm.campusfrance.org/master/#/catalog

https://taughtie.campusfrance.org/tiesearch/#/catalog




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.