Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Şəbəkəsinə qoşulmaq üçün 5 əsas səbəb

France Alumni-yə qoşulmaq üçün 5 yaxşı səbəb

 

France Alumni, ortaq bir nöqtədə – Fransa mövzusu ətrafında görüşən insanlardır; məzunlar və mütəxəssislərin məlumatlanmaq, paylaşmaq və irəliləmək üçün istifadə etdikləri şəbəkədir. 

 

 

Məzunların şəbəkəsində sizi müşayiət etmək üçün labüd kataloq

copie_ecran_home_400Bu interaktiv kataloq, dəqiq və çoxmeyarlı axtarış imkanları təklif edir. Ortaq maraqlar əsasında köhnə qrup dostları və ya müxtəlif ölkələrdən istifadəçilərlə əlaqə yarada bilərsiz. Qismən özəlləşdirilə bilən səhifə və məlumatlarınıza özünüz nəzarət edirsiz.

 

Bağlantılar yaradılması üçün tematik qruplar 

Tematik qruplar yaradın, həmin mövzu ilə maraqlanan tanışlarınızı və ya məzunları dəvət edin. Bu qruplar, bağlantı yaradılması və saxlanılması, ümumi və ya xüsusi mövzular ətrafında müzakirə, professional imkanların artırılması üçün əla vasitədir.

 

Karyeranızı dinamikləşdirmək üçün kompleks xidmətlər

France Alumni sizin diplom və istəklərinizə uyğun olaraq Fransada və ya başqa bir ölkədə staj və iş təklifləri paylaşır. Həmçinin, səhifələrimizdə karyera məsləhətləri və Fransa təcrübəsində professional uğur qazanmış məzunların fikirləri ilə də tanış ola bilərsiz.

 

İmkanların artırılması üçün dəyərli partnyorluqlar

France Alumni ali təhsil ocaqlarına, müəssisələrə və partnyorlara xüsusi səhifə ayırır. Bu səhifədə onlar mütəmadi olaraq öz fəaliyyətləri barədə sizi məlumatlandırırlar. Bu da, heç bir imkanı əldən verməmək üçün əmin yoldur.

 

Fransa ilə əlaqədə qalmaq üçün jurnallar

 rəssamlar, yazıçılar, musiqiçilər, aktyorlar... Onların bir çoxu, fransız mədəniyyət səhnəsində mühüm adlara çevrilən məzunlardır. Onları France Alumni-nin jurnal rubrikasında tapa və ölkənin mədəniyyət yenilikləri ilə mütəmadi olaraq məlumatlana bilərsiz. Həmçinin, Parisə və hər hansı başqa fransız şəhərinə növbəti səfərinizi hazırlamaq üçün turizm marşrutları və ya qastronomiya rubrikalarına göz atmağa da tərəddüd etməyin.