Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Événement
Partager sur :

İDEYALAR GECƏSİ - Cümə axşamı 30 yanvar, saat 19.00, UFAZ (Fransız-Azərbaycan Universiteti, Nizami küçəsi 183)

Groupe "Azərbaycan"

Cümə axşamı 30 yanvar, saat 19.00, UFAZ (Fransız-Azərbaycan Universiteti, Nizami küçəsi 183)
İnteraktiv müzakirə : Planet canlı varlıqdırmı ?

İqlim dəyişikliyi, artan təbii fəlakətlər (yanğınlar, quraqlıqlar, daşqınlar və s.), bunların Xəzər dənizinə təsiri - planet təhlükədədirmi?

Ölkələr və mədəniyyətlər, elm sahələri və nəsillər arasında fikir mübadiləsinin qeyd edilməsi : İdeyalar gecəsi hər il sərbəst şəkildə aktual məsələləri müzakirə etməyə, hər sahədə fikir irəli sürənləri dinləməyə, dövrümüzün əsas problemləri üzərində fikir mübadiləsi etməyə dəvət edir. Biz də bu münasibətlə sizi, « Planet canlı varıqdırmı ? » mövzusunda aparılan müzakirədə iştirak etmək üçün UFAZ-a dəvət edirik.

Bu tədbir, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu tərəfindən, Milli Elmlər Akademiyası və Fransız-Azərbaycan Universitetinin əməkdaşlığı ilə təşkil edilir.

Tədbir maraqlanan hər kəsə açıqdır - tələbələr, müəllimlər, elm sahəsində çalışanlar, filosoflar, tələbə və şagirdlərin valideynləri, sadə vətəndaşlar. Müzakirələr, Fransa Səfirliyinin birinci müşaviri cənab Dominik Jantiy və Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru cənab İlham Məmmədzadənin açılış nitqləri ilə başlayacaq.

Proqramda, bir fransız tədqiqatçısı ilə iki azərbaycanlı akademik arasında fikir mübadilələri olacaq :

- Jan-Fransua Kreto, Fransa Milli Kosmik Araşdırmaları mərkəzinin tədqiqatçısı (CNES). Mövzu : « Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar »
- Ramiz Məmmədov, Milli Elmlər Akademiyası coğrafiya institutunun direktoru. Mövzu : « Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti »
- Zaur Rəshidov, Milli Elmlər Akademiyası fəlsəfə institutunun tədqiqatçısı. Mövzu : « Təsəvvüfdə kainat nizamının ezoterik təsviri »

Tədbir, Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri, Fransız İnstitutunun direktoru cənab Jerom Kel və Milli Elmlər Akademiyasının fəlsəfə institutunun beynəlxalq əlaqələr söbəsinin müdiri xanım Zöhrə Əliyeva tərəfindən aparılacaq.

Giriş sərbəstdir
Tədbir sinxron tərcümə ilə fransız və azərbaycan dillərində keçiriləcək
Tədbirin, Tovuz-Baltiya tərəfindən təşkil edilən kokteyl ilə sonlanacaq.

Jeudi 30 yanvar 2020
07:00 PM - 09:00 PM (GMT +4)

Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.

Jeudi 30 yanvar 2020
07:00 PM - 09:00 PM (GMT +4)
  • Təqvimimə əlavə etmək