Bakıda 2-ci Frankofon Universitet Sərgisi
Evènement Campus France interuniversitaire francophone
Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində, Frankofon Universitet Sərgisi 2-ci buraxılışı üçün bazar günü, 2019-cu il aprelin 7-də UFAZ-da öz qapılarını ictimaiyyətə açacaq.
Frankofon Universitet Sərgisinin 2-ci buraxılışı : Azərbaycanda « Frankofoniya həftələri»
2-ci Frankofon Universitet Sərgisi (SUF) bazar günü, 2019-cu il aprelin 7-də saat 10:00-dan 17:00-a qədər UFAZ-da baş tutacaq.
Frankofon Universitet Sərgisi (SUF), Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü və Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) bir neçə müşahidəçi və ya üzv olan ölkələrinin səfirliklərinin əməkdaşlığı ilə yaradılıb.
Tədbir sayı 10-a yaxın Bakıdakı xarici səfirlikləri bir araya gətirəcək və Avropanın bir çox ali təhsil müəssisələrini qarşılayacaq.
Tədbirin məzmunu : İştirak edən universitetlərin tərkibində təklif olunan fransız dilli ali təhsil imkanlarının təqdim olunması ilə fransız ilinin öyrənilməsinin təbliği.
Lazımi məlumatlar :
- Tədbirin təşkili : universitetlərin reklam stendləri, dərnəklər, müsahibələr, sənədləşdirmələr ;
- İştirak edən təhsil müəssisələrinin və təklif etdikləri fransızdilli təhsil proqramlarının təqdimatı ;
- Tədbirdə iştirak hər kəs üçün ödənişsizdir (ali təhsil müəssisələri-iştirakçılar, beynəlxalq təşkilatlar, qonaqlar, …) ;
- Sərgidə iştirak etmək istəyən təhsil müəssisələri üçün ilkin qeydiyyat ;
Commentaires
Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.