Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Güllübəyim Məmmədovanın Fransada tələbə həyatı
Témoigange d'une Alumni

09 oktyabr 2018 Communauté
Görülmüş 239 fois

Güllübəyim Məmmədova

Fransa ali təhsilin keyfiyyətinə görə çoxlu sayda beynəlxalq tələbələri cəlb edir. Fransada təhsil almaq bir çox tələbənin arzusudur. Bakı Dövlət Universitetinin Fransız dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra, təhsilimi Fransada davam etdirmək qərarına gəldim.

Peşəkar layihəmi müəyyənləşdirdikdən sonra, fransız universitetlərinə müraciət etdim və bir neçə universitetdən müsbət cavab aldım. Fransanın Azərbaycandakı səfirliyinin təqaüd proqramına müraciətimin qəbul edilməsi mənə xəyallarımı həyata keçirməyə imkan verdi.

Universitet seçiminə gəldikdə isə Paris yaxınlığında Creteil şəhərində yerləşən, Paris-Est Creteil Universitetinin Master 2 Beynəlxalq Menecment ixtisasını seçdim.

Lakin, bu seçimimi şəhərə görə deyil, təklif edilən təhsilin mənim peşəkar layihəmə uyğun olmasına, dərslərin professional müəllimlər tərəfindən tədris edilməsinə, həmçinin də  bu ixtisas üzrə işə qəbul səviyyəsinin yüksək olmasına görə etdim. 

Qeyd edim ki, Fransada təhsil sistemi ölkəmizdəki təhsil sistemindən tamamilə fərqlidir.  Buna görə də, ilk vaxtlar bu yeni həyat tərzinə uyğunlaşmaq bir qədər stressli olur.

 

Bununla belə, mən yenidən universitet partaları arxasında  olduğum üçün çox xoşbəxt idim.  

Campus Fransın təqaüdçüsü olmaq administrativ məsələləri sadələşdirdiyi üçün bu da mənə dərslərimə daha çox vaxt ayırmağa imkan verirdi. Tədris edilən dərslərin əksəriyyətinin mənim üçün yeni olmasına baxmayaraq, bu sistemə öyrəşmək mənim üçün heç də çətin olmadı.

Parisin mərkəzində Universitet şəhərciyində yaşamaq isə mənim üçün ayrıca bir unudulmaz bir təcrübə oldu. Burada yaşamaq daha çox sosiallaşmağa, yeni mədəniyyətləri kəşf etməyə və çoxlu beynəlxalq tələbələrlə tanış olmağa, həmçinin də müxtəlif mədəni tədbirlərdə iştirak etməyə imkan verir. Parisdə tələbə həyatı çox baha olsa da, tələbələrə bir sıra avantaj və imkanlar da yaradır.

 

Universitet imtahanlarımı uğurla başa vurduqdan sonra, təcrübə proqramını ən böyük telekommunikasiya operatorlarından biri olan Orange şirkətində həyata keçirtdim. Bu da mənə çox mühüm iş təcrübəsi əldə etməyə, yeni innovativ texnologiyaları kəşf etməyə kömək etdi, eyni zamanda, gələcək kariyeram üçün yeni yollar açdı.

Fransada tələbə həyatı mənə sadəcə universitet diplomu deyil, həm də həyat diplomu qazandırdı.  Mən Fransa həyatının  və  mədəniyyətinin sadəliyini, zənginliyini kəşf etdim. Bütün streotipləri bir kənara qoysaq, Fransa əhalisi çox qonaqpərvər və mehribandır.

 Öz tarixi və möhtəşəm abidələri ilə, Fransa məni hər gün  bir az daha  özünə heyran edir.

Bu ölkə, təhsilə çox böyük investisiyalar yatırır və hər il minlərlə əcnəbi tələbə qarşılayır.  

 Campus Fransın təqaüdçüsü olmaq, eyni zamanda, hər ay Campus Fransın təşkil etdiyi səfərlər sayəsində fransız şəhərlərini və abidələrini ziyarət etmək imkanı verirdi.

Nəhayət, qeyd etmək istərdim ki, Fransada təhsil almaq şansım olduğu üçün çox minnətdaram. Çox istərdim ki, əldə etdiyim təcrübələrlə Azərbaycan şirkətlərinin inkişafına  töhfə verim.

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.