Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

CampusArt : Müraciətlər açıq elan olunur
Poursuivez vos études d'art en France sans passer de concours

08 noyabr 2018 Culture
Görülmüş 101 fois

CampusArt : xarici tələbələrin incəsənət, dizayn, musiqi, dəb, memarlıq, və s. məktəblərinə daxil olmaq üçün onlayn müraciətlərin açıq elan olunması

CampusArt internet saytı vasitəsilə xarici tələbələrin incəsənət, dizayn, musiqi, dəb, memarlıq, və s. ixtisaslar üzrə təhsil proqramlarına onlayn müraciətləri 2019-cu il fevralın 15-nə qədər açıqdır . 

 

Fransada incəsənət və memarlıq sahələri üzrə təhsil proqramlarına onlayn müraciətlərin açıq elan olunması

İncəsənət, dəb, dizayn, musiqi, memarlıq və s. sahələr üzrə təhsil proqramlarına onlayn müraciətlər sessiyası CampusArt şəbəkəsinin saytında 2019-cu il fevralın 15-nə qədər açıqdır. 

CampusArt, incəsənət və memarlıq sahələri üzrə təhsil proqramları təklif edən fransız təhsil müəssisələrinin şəbəkəsidir və Fransanın Ümumi Təhsil, Ali Təhsil, Tədqiqat və İnnovasiyalar, Mədəniyyət, Avropa və Xarici İşlər Nazirliklərinin dəstəyi ilə Campus France Agentliyi tərəfindən idarə olunur.

www.campusart.org internet saytı (bəzi şərtlər altında) hazırlıq sinifləri, bakalavr, magistr və doktorantura pillələrində təsviri incəsənət, memarlıq, kino, tarixi abidələrin qorunması, dizayn, vizual ünsiyyət, dəb, musiqi, daxili memarlıq və s. ixtisaslar üzrə təhsil proqramlarına müraciət etmək üçün giriş imkanı verir.

İxtisas seçimi yalnız bir müraciət forması doldurmaqla və eyni anda 130 təhsil müəssisəsi tərəfindən görülən, tez və interaktiv şəkildə fəaliyyət göstərən onlayn müraciət proseduru ilə aparılır.

Müraciətə cavab 2019-cu ilin martın 15-i veriləcəkdir ki, bu da öz növbəsində qalacağınız yeri mümkün qədər tez hazırlamağınıza imkan verəcək.

Namizəd müraciət etdiyi proqram təklifini qəbul etməyə qərar verən vaxta qədər bu xidmət tamamilə ödənişsizdir.

Bu xüsusi prosedur üçün təqvim aşağıdakı kimidir :

  • 2018-ci il noyabrın 5-dən 2019-cu il fevralın 15-nə qədər : CampusArt saytında müraciətlərin açıq elan olunması.
    CampusArt elektron müraciət formasının tələbələr tərəfindən doldurulması.
  • 15 fevral 2019-cu il : CampusArt platformasında müraciətlərin edilməsi üçün son tarix (onlayn müraciət və əlavə olunası sənədlər).
    Tələbələrlə telefon və ya skype vasitəsilə müsahibələrin başlanması. 
    CampusArt platforması vasitəsilə ali təhsil müəssisələri tərəfindən edilən ilkin qeydiyyat təkliflərinin başlanılması.
  • 15 mart 2019-cu il :  CampusArt platforması vasitəsilə namizədlərə təhsil müəssisələri tərəfindən ilkin qeydiyyat təkliflərinin bitməsi.
  • 2019-cu il martın 30-dan aprelin 15-nə qədər : Təhsil müəssisələrinin təkliflərinə namizədlərin CampusArt saytında şəxsi hesabları vasitəsilə cavabları.
  • 15 aprel 2019-cu il : Tələbələrin CampusArt saytında şəxsi hesabları vasitəsilə ixtisas seçimini təsdiqləməkləri üçün son tarix.
    CampusArt saytında müraciətlərin bağlanması.
  • 2019-cu ilin aprelin 17-dən may ayının əvvəllərinə qədər : Ali təhsil müəssisələri tərəfindən ilkin qeydiyyat sertifikatlarının orijinal versiyalarının hazırlanması və CampusArt şəbəkəsinə göndərilməsi. Daha sonra CampusArt platformasının buradan qeydiyyatdan keçmiş tələbələrə bu sertifikatların göndərilməsi.





Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.