Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Çərşənbə axşamı 7 iyun : « Azərbaycan » kinoteatrında Robert Bressonun « Baltazar » filminin nümayişi

07 iyun 2022 Culture

 

« 100% KLASSİKLƏR, fransız kino həzzi » proqramı çərçivəsində çərşənbə axşamı 7 iyun saat 19.00-da « Azərbaycan » kinoteatrında Robert Bressonun « Baltazar » (1966) filminin nümayişi keçiriləcək. 

 

Sözügedən nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının və Fransanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə təşkil olunur. 

Film Fransız dilində və ilk olaraq Azərbaycan və İngilis dillərində alt-yazıları ilə təqdim olunacaq. Film rejissor və Fransa kinematoqrafiyası mütəxəssisi Murad Əbiyev tərəfindən təqdim ediləcək. 

 

Film nümayişindən sonra müzakirə seansı təşkil olunacaq. 

 

Giriş peyvənd sertifikatı təqdim edidiyi halda ödənişsizdir. 

 

Çərşənbə axşamı 7 iyun saat 19.00-da : Robert Bressonun « Baltazar » (1966) filmi

 

Kinematoqrafiyanın incilərindən olan « Baltazar » filmi, « Atalanta » filmi kimi 7-ci incəsənət növünün tarixinə qızıl hərflərlə yazılıb. 

Jan-Lük Qodarın, Marqörit Duranın və Lui Malin « Baltazar » filmi haqda verdikləri müsahibəyə baxa bilərsiniz. 

 

Xülasə  : Filmdə Baltazar adlı ulağın həyatı nəql olunur. Ulağın ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Ulaq sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan bütün olanları itaətlə, dözümlə qarşılayır. " Mən istəyirdim ki, ulaq insanlığın pis tərəfinin nümunəsi olan bir qrup insan ilə rastlaşsın. Ulaq həyatı çox bərabər, sükutlu olduğundan bir dramatik yüksəliş tapmaq lazım idi". Robert Bresson.

 

1




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.