Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransız dilinin intensiv tədrisi üçün pilot siniflər : "Les Loustics" fransız dili dərsliklərinin Bakıdakı 132-134 nömrəli məktəbə təqdim edilməsi

08 sentyabr 2020 Langue française
Görülmüş 158 fois

Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Fransız İnstitutunun (İFA) direktoru cənab Jerom Kel, 4 sentyabr tarixində Bakının 132-134 saylı nüfuzlu məktəbin direktoru xanım Sara Xanlarovaya İFA tərəfindən « Les Loustics » fransız dili xarici dil kimi (FLE) dərsliklərini təqdim etdi.

Hachette nəşriyyatı tərəfindən çap edilən bu dərsliklər, şagirdlər üçün dərs vəsaitlərindən və müəllimlər üçün tədris resurslarından ibarətdir. Bu ianə Azərbaycan Təhsil Nazirliyi, 132-134 saylı məktəb və Fransanın Azərbaycandakı səfirliyi arasındakı razılaşma nəticəsində həyata keçirilən intensiv fransız dili üzrə pilot sinifləri layihəsinin bir hissəsidir. Bu çərçivədə, iki sinif birinci ildə tədris ilinin başlanğıcında, 15 sentyabr tarixindən, azərbaycan dili bölməsində 32 şagird, rus dili bölməsində 39 şagird olmaqla açılacaqdır. Fransız dili birinci xarici dil kimi şagirdlərə həftədə 4 saat keçiriləcəkdir. Bu tədrisdən məsul olan iki fransız dili müəllimi, iyul ayında İFA tərəfindən « Les Loustics » metodunun kəşfi və istifadəsinə həsr olunmuş təlim kursu keçmişlər. Bu təlim kursu, Bakı Dövlət Universitetinin FLE təlimçisi xanım Azelma Həsənova tərəfindən təqdim edilmişdir. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq dövlət məktəbində xarici dil tədrisi fransız nəşri olan FLE metoduna əsaslanacaqdır. Bu, fransız dilinin tədrisinin modernləşdirilməsi və inkişafı lehində mühüm bir addımdır. « Les Loustics » metodu Azərbaycanda yeni olan çoxşaxəli zəka nəzəriyyəsinə əsaslanır.

 

 

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.