Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

İdeyalar gecəsi 2021 : « Yaxın » - Bakı Fransız Liseyinin şagirdləri ilə dialoq (28 yanvar)

01 fevral 2021 Culture
Görülmüş 28 fois

Bakı Fransız Liseyi (LFB) Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu ilə əməkdaşlıq çərçivəsində, 28 yanvar tarixində « İdeyalar Gecəsi »nin 2021-ci buraxılışı münasibətilə, liseyin yuxarı sinif şagirdləri arasında, səfirliyin mədəniyyət və əməkdaşlıq müşavirinin, Fransız İnstitutunun direktor müavininin, Fransız Liseyinin direktorunun, liseyin fəlsəfə müəllimi və digər müəllimlərin iştirakı ilə onlayn fikir mübadiləsi təşkil etdi. Mübadilə, tədbirin builki əsas mövzusu olan « Yaxın » tematikası ətrafında cərəyan etdi və on beş nəfərə yaxın şagirdi ətrafında topladı.

Tədbirdə iki yuxarı sinif şagirdi, bir tərəfdən çağdaş alman filosofu, « İdeyalar Gecəsi »nin bu ilki dünya üzrə buraxılışının fəxri sponsoru Hartmut Rosa üçün vacib olan « sosial sürətlənmə » konsepsiyasına, digər tərəfdən siyasətdəki yaxınlıq və təcrid anlayışının Hanna Arendtin mətnlərində əks olunmasına həsr olunmuş təqdimatla çıxış etdilər.

Dialoq, hazırki karantin vəziyyətinin bizim başqaları ilə, « yaxınlarımız » ilə münasibətlərimizə təsirini, çağdaş rəqəmsal vasitələrin bizi bir-birimizə yaxınlaşdırmaq və ya uzaqlaşdırmaq qabiliyyətini, bu vasitələrin istifadəsinin ətraf mühitə təsirini, « yaxınlarımız » hesab edilə bilən digər canlılarla –istər heyvan, istərsə də bitkilərlə əlaqələrimizi sual altına almağa imkan verdi.

Nəhayət, bu tədbir lisey şagirdlərinin Fransız İnstitutu tərəfindən təşkil olunan « İdeyalar gecəsi 2021 »in dünya çapında 24 saatlıq canlı onlayn yayımını izləməyə təşviq etmək üçün bir fürsət oldu. Bu baxımdan, lisey şagirdləri müzakirədən qabaq « İdeyalar gecəsi » platformasında, Cənubi Sahel bölgəsindəki gənc qadınların vəziyyətini nəql edən « Səbirsizlər » romanına görə Lisey Tələbələri üçün 2020 Goncourt Mükafatı laureatı, Kamerunlu yazıçı Djaili Amadou Amal canlı müsahibəni izlədilər. Bundan başqa, şagirdlər Pekindən canlı yayımla nümayiş olunan, Çinlilərə həsr olunmuş fəlsəfə dərsliklərinin toplusunun təqdimatında da onlayn iştirak etdilər.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.