Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransada ali təhsil üçün İlkin Qəbul Müraciəti – DAP (2021-2022)

24 noyabr 2020 Revenir en France
Görülmüş 154 fois

2021-ci ilin sentyabrından Fransada bakalavrın birinci kursuna qəbul olmaq istəyən tələbələr üçün nəzərdə tutulur. Mübadilə, magistratura və doktorantura proqramları bu prosedura aid edilmir. Son müraciət tarixi : 17 yanvar 2021-ci il

 

DAP kimlərə aid edilir ?

Siz, tam orta təhsil diplomunuzu (Attestat) aldıqdan sonra 2021-ci ilin sentyabrından etibarən Fransada ali təhsilinizi davam etdirmək istəyirsiniz. Bunun üçün mütləq ilkin qəbul müraciəti (DAP) edilməlidir və mraciət 17 yanvar 2021-ci il tarixindən əvvəl təqdim edilməlidir.

 

DAP prosedurundan aşağıdakı xüsusiyyətlərə malik tələbələr keçə bilər :
  - yaxşı fransız dili biliyi olanlar (TCF və ya DELF sertifikatlarının təqdimi əsasında tələb olunan ən aşağı səviyyə : B2) ;
  - Fransız vətəndaşlığı olmayanlar ;
  - Fransada yaşamayanlar ;
  - və ali təhsili davam etdirməyə icazə verən tam orta təhsil diplomu (Attestat) alan və ya 2021-ci ildə alacaq olanlar.

Diqqət ! Əgər siz fransız vətəndaşısınızsa və ya artıq Fransada yaşayırsınızsa və ya fransız diplomunuz varsa (fransız və ya avropa attestatı), DAP proseduru sizə aid edilmir.

 

Lazım olan sənədlər hansılardır ?

Aşağıdakı linklərə daxil olaraq doldurulmalı olan blankı və izahedici sənədi artıq çap edə bilərsiniz :

Blank
Blankı doldurmazdan əvvəl nəzərdən keçirməli olduğunuz izahedici sənəd

 

Fransız dili biliyi testi (TCF)

Fransız dili səviyyənizi təsdiq edən sertifikat dosyeyə əlavə edilməlidir (tələb olunan ən aşağı səviyyə : B2)

Azərbaycanda Fransız İnstitutu (İFA) sayəsində 2021-ci ildə fransız dili biliyi üzrə test imtahanından keçmək mümkündür. Eyni zamanda, DELF (fransız dili üzrə təhsil diplomu) diplomu da keçərlidir.

Bu testdən keçən namizədlər nəticələrini birbaşa və ya bütün sənədlərini son olaraq Azərbaycanda Campus France bürosuna təqdim etdikdən sonra belə dosyelərinə əlavə edə bilər.

Test üçün qeydiyyatdan mümkün qədər tez keçilməlidir. 012 596 35 80/051 207 02 97 nömrələri və ya [email protected] elektron ünvanı vasitəsilə Fransız İnstitutu ilə əlaqə saxlayın.

 

DAP dosyeləri 17 yanvar 2021-ci il tarixindən əvvəl Campus France bürosuna, büro üzrə koordinator Mollayeva Mədinəyə təqdim edilməlidir :

Füzuli küç., 67, AZ1014 Bakı, Azərbaycan

Dosyeniz və qeydiyyat proseduru haqqında istənilən suallarınız üçün Azərbaycanda Fransız İnstitutunun nəzdində fəaliyyət göstərən Campus France bürosu ilə əlaqə saxlayın :

[email protected]

Tel : +994 12 596 35 82 ; +994 51 207 02 95




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.