Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Montpellier Universiteti arasında ikili diplom proqramı tələbələrinin təltif edilməsi (23 iyun 2023-cü il)

07 iyul 2023 Communauté
Görülmüş 9 fois

 

İyunun 23-də Crystal Hall-da UNEC tələbələri üçün buraxılış mərasimi baş tutub. 5000-ə yaxın məzunu UNEC-in rektoru cənab Ədalət Muradov təbrik edib, onlara gələcək təhsillərində, şəxsi və peşəkar layihələrində uğurlar arzulayıb.

 

Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Montpellier Universitetinin Biznes İdarəetmə İnstitutu (IAE) ilə birgə UNEC-in “Beynəlxalq İdarəetmə və Biznes Bakalavrı” (BIMB) ikili diplomu proqramının on iki tələbəsinə diplomların təqdim edilməsi mərasimində iştirak edib. Tələbələrə diplomlar birbaşa səhnədə təqdim edildi, və bu buraxılış üçün və 7 il bundan əvvəl başlayan ikili diplom proqramı üçün tanınmanın bariz əlamətidir.

 

Yarandığı gündən, bu proqram UNEC-in 70 tələbəsinə bir il müddətinə Monpelyeyə getmək, iqtisadiyyata aid yeni yanaşmalar öyrənmək və Şanxay reytinqinə görə ilk 150-liyə daxil olan Fransanın tanınmış təhsil müəsissəsindən Fransa diplomu almaq imkanı verib. Bu həm də Fransa, onun mədəniyyəti, dili, sakinləri ilə tanış olmaq və akademik karyeranızı zəngin təcrübə ilə daha da zənginləşdirmək imkanıdır. Bu proqramın məzunları real üstünlükdən faydalanırlar, çünki onlar təhsillərini bitirən kimi dinamik şirkətlərdə çox maraqlı işlər əldə edirlər.

 

imageimageimage
image



Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.