Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Müxtəlif ixtisaslar üzrə QS dünya sıralaması fransız ali təhsil müəssisələrinin keyfiyyət səviyyəsini ön plana çəkir

31 mart 2023 Revenir en France
Görülmüş 31 fois

 

2023-cü il üzrə bu siyahını tərtib etmək üçün, üç universitet sıralamalarından birinin müəllifi QS – Quacquarelli Symonds, Times Higher Education World University Ranking və Jaio Tong Shanghaï ilə birlikdə beş geniş təhsil sahəsində (incəsənət və humanitar elmlər, mühəndislik və texnologiya, dəqiq elmləri və tibb, təbiət elmləri, sosial elmlər və idarəetmə) qruplaşdırılmış 54 ixtisas üzrə, beş xüsusiyyətə əsaslanaraq (akademik reputasiya, diplomlu gənc peşəkarların reputasiyası, elmi məqalə və sitatların sayı, beynəlxalq tədqiqat şəbəkəsi) bütün dünyada olan 1600-ə yaxın ali təhsil müəssisələrinin performanslarını müqayisə edib.

Beş geniş təhsil sahəsi üzrə top 100-lükdə ən az 21 fransız ali təhsil müəssisəsi var. Sorbon Universiteti ən çox müxtəlif kateqoriyalar arasında ilk 100-lükdə yer alır. Onun ardından isə PSL Universiteti gəlir.

Bunlardan 3 fransız təhsil müəssisəsi dünya üzrə top 5-likdə yer alır : INSEAD (biznes və menecmentlik üzrə 2-ci yer), Parisdə Rəqs və Musiqi üzrə Ali Milli Konservatoriya (Teatr incəsənəti üzrə 2-ci yer) və Paris Siyasi Elmlər İnstitutu / « Sciences Po » (Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə 3-cü yer). Eyni zamanda HEC marketinq və biznes/menecment üzrə, Sorbon Universiteti isə riyaziyyat üzrə top 10-luqdadırlar.

Reytinq sıralaması ətraflı olaraq aşağıdakı kimidir :

  • İncəsənət və humanitar elmlər sahəsində, 3 təhsil müəssisəsi : Paris 1 Panteon Sorbon Universiteti (17-ci yer), Sorbon Universiteti (19-cu), PSL Universiteti (61-ci) ;
     
  • Mühəndislik və texnologiya sahəsində, 5 təhsil müəssisəsi : Paris Politexnik İnstitutu (21-ci yer), Paris Sakle Universiteti (22-ci), PSL Université (41-ci), Sorbon Universiteti (64-cü), Qrönobl INP (93-cü) ;
     
  • Dəqiq elmlər və tibb sahəsində, 2 təhsil müəssisəsi : Sorbon Universiteti (43-cü yer), Paris Site Universiteti (70-ci) ;
     
  • Təbiət elmləri, 6 təhsil müəssisəsi sahəsində : Sorbon Universiteti (3-cü mövqe), PSL Universiteti (14-cü), Paris Sakle Universiteti (19-cu), Paris Politexnik İnstitutu (26-cı), Qrönobl Alp Universiteti (70-ci), Paris Site Universiteti (72-ci) ;
     
  • Sosial elmlər və idarəetmə sahəsində, 5 təhsil müəssisəsi : INSEAD (beynəlxalq mətəb, 31-ci), HEC Paris (51-ci), Paris 1 Panteon Sorbon Universiteti (59-cu), Sciences Po (74-cü), PSL Universiteti (79-cu).

Fransız müəssisələrinin keyfiyyəti bir çox əcnəbi tələbələrin, xüsusən də getdikcə daha çox azərbaycanlıların Fransaya gəlib təhsil almasına səbəb olur. Fransada təhsilin digər üstünlüklərini burada kəşf edin: https://www.campusfrance.org/fr/ressource/10-bonnes-raisons-d-etudier-en-france

QS 2023 reytinq sıralaması ilə tanış olmaq üçün link : https://www.topuniversities.com/subject-rankings/2023

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.