Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Azərbaycanlı gənc kadrlar üçün İNSP-də (keçmiş ENA) təlim təklifi

15 fevral 2024 İşlər
Görülmüş 10 fois

Fransanın Azərbaycandakı Səfirliyi gənc azərbaycanlı kadrlar (dövlət qulluqçuları, dövlət şirkətlərinin rəhbərləri və ya qeyri-hökumət təşkilatlarının nümayəndələri) üçün INSP-də (Milli Dövlət Xidməti İnstitutu, keçmiş ENA) qısamüddətli təlim təqaüdləri təklif edir.

 

Parisdə bir həftə fransız və ingilis dillərində keçirilən bu təlimlər administrasiya və idarəetmə sahələrini əhatə edir :

 

 

Tarix

Təlimin adı

Dil

Format

13-17 may

Dövlətin insan resurslarının idarə edilməsi

Fransız

Paris

27-31 may

Dövlət siyasətini hazırlamaq, idarə etmək və qiymətləndirmək

Fransız

Paris

3-7 iyun

Vergi və gömrük resurslarının səfərbər edilməsi 

Fransız

Paris

24-27 sentyabr

Avropa ittifaqı daxilində və onunla danışıqlar: Avropa iqtisadi diplomatiyası

İngilis  

Paris

30 sentyabr – 4 oktyabr

Liderlik və idarəetmə: dövlət administrasiyalarının transformasiyası

İngilis  

Paris

7-11 oktyabr

Rəhbərliyin rəqəmsal transformasiyasını idarə etmək

Fransız

Paris

14-18 oktyabr

Şəhərlərin idarə edilməsi və davamlı inkişaf

İngilis  

Paris

21-25 oktyabr

Avropa və beynəlxalq səviyyədə böhranların idarə edilməsi: vəziyətə uğun çıxış yolu və qərar vermə çevikliyi

Fransız

Paris

4-8 noyabr

Lider qadınlar 

Fransız

Paris

18-20 noyabr

Avropa və beynəlxalq miqrasiya siyasətinin çağırışları və problemləri

Fransız

Paris

25-29 noyabr

Korrupsiyaya qarşı mübarizə aparmaq       

Fransız

Paris

2-6 dekabr

Doplomat peşəsinin yeni praktikaları

Fransız

Paris

2-6 dekabr

Avropa və beynəlxalq səviyyədə böhranların idarə edilməsi    

Fransız

Paris

 

Müraciət edənlərin sənədləri ən geci 15 mart 2024-cü il tarixinə qədər Fransa səfirliyinə, Əməkdaşlıq və mədəniyyət Müşaviri, Cənab Şarl Dönienin adına (Rəsul Rza küçəsi 9, AZ 1000) göndərilməlidir və aşağıdakı kimi tərtib edilməlidir:

 

  • CV (fransız və ya ingilis dilində);
  • Namizədin istədiyi təlimi təqdim edən motivasiya məktubu (fransız və ya ingilis dilində);
  • İşəgötürənin imzaladığı iş haqqında arayış;
  • Ən az B2 və ya B1 səviyyəsində fransız dili (DELF və ya TCF) və ya B2 səviyyəsində ingilis dili (TOEFL, IELTS) sertifikatı.

 

Səfirlik tərəfindən seçilən namizədlər seçim müsahibəsi üçün Səfirliyə dəvət olunacaqlar. Daha sonra, seçilən namizədlərin dosyaları son qərar üçün INSP-yə göndəriləcəkdir.

 

Namizədlərin yaşı 45-dən yuxarı olmamalıdır, ən azı üç il iş təcrübələri və ən azı dörd illik ali təhsilləri olmalı və onlar mütləq, seçilmiş təlimə əsasən, fransız və ya ingilis dilində danışmalı və başa düşməlidirlər.

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.