Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Bakı Dənizkənarı Bulvar Milli parkında şənbə günü 14 may tarixində təşkil olunmuş Avropa Şəhərciyi 2022 -də Fransanın iştirakı

20 may 2022 Culture
Görülmüş 5 fois

 

Şənbə günü 14 may tarixində Bakı Dənizkənarı Bulvar Milli parkında Avropa Şəhərciyi 2022 #EUROVILLAGE2022 #EUINBAKU münasibətilə Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu Fransa stendini ictimaiyyətə təqdim etdilər. 

 

4 il fasilədən sonra şənbə günü 14 may tarixində Avropa Şəhərciyi yenidən Bakı Bulvarında təşkil olundu. Tədbiri Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirliklərinin və Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkil etdi. 

 

Tədbirin açılış mərasimində Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin səfirləri və nümayəndələri, Mədəniyyət nazirinin birinci müavini cənab Elnur Əliyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin rəhbəri cənab Peter Mixalko çıxış etdilər. 

 

Bu ilki tədbir Aİ təşviq etdiyi aşağıdakı mövzular ətrafında quruldu :

 

1.     Avropa gənclər ili 2022 

2.     Sağlam həyat tərzini təşviq edən kampaniya 

 

 

Fransa səfirliyi və Fransız İnstitutunun saat 10.00-17.00 aralarında fəaliyyət göstərmiş stendi bakılılar tərəfindən böyük maraqla qarşılandı. Gün boyu stenddə fəal şəkildə işləyən heyət sayəsində iştirakçılar Fransada təhsil haqda, təqaüd imkanları haqda, fransız dili dərsləri və beynəlxalq fransız dili imtihanları haqda, « Culturethèque » onlayn frankofon kitabxanası haqda ( kitab, media, musiqi, sənədli vəsaitlər ) məlumatlar əldə edə bildilər. Onu da qeyd etmək lazımdır ki, hər bir kəs stenddən xüsusi hazırlanmış hədiyyələr ilə ayrıldılar. Fransız dili üzrə keçirilən sorğu-sual oyununda hətta fransız dilini bilməyənlər belə iştirak edə bildilər. Bundan əlavə təşkil olunmuş fransız tarixi abidələrinə dair oyun sayəsində iştirakçılar Fransa haqda bildiklərini yada sala bildilər. Oyunlar ilə yanaşı iştirakçılar gün ərzində Fransanın müxtəlif bölgələrinə xas təamlardan da dada bildilər.

 

 

 

image

 

image

image

image

 




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.