Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Bakı Kitab Mərkəzində FantazEU Festivalı çərçivəsində Baninə həsr olunmuş ədəbi gecə (16 mart 2022-ci il)

18 mart 2022 Culture
Görülmüş 29 fois

 

16 mart 2022-ci il tarixində Bakı Kitab Mərkəzində “FantazEU” festivalı çərçivəsində Azərbaycan əsilli fransız yazıçısı Banin və onun ən məşhur əsəri “Qafqaz günləri”nə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Gecənin açılışını Arts Council Azərbaycan-ın rəhbəri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “FantazEU” festivalının kuratoru, cənab Dadaş Məmmədov edib.

Festivalın tərəfdaşları olan Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri və Azərbaycandakı Fransız İnstitutunun direktoru, cənab Jerom Kelin giriş sözündən sonra bir neçə natiq bir-birinin ardınca “Qafqaz günləri” kitabı, Baninin fövqəladə taleyi və onun yaradıcılığının bu gün Fransa və Azərbaycan üçün təmsil etdiyi irs haqqında fikirlərini bildiriblər.

Şairə və kitabın rus dilinə ilk tərcüməçisi Ülviyyə xanım Axundova Fransada məşhur yazıçıya çevrilmiş bu gənc azərbaycanlı qadının taleyinin izinə düşməyə çalışıb.

Liondakı Ali Normal Məktəbin məzunu, fəlsəfə müəllimi cənab Bönua Filu, Baninin əsərində hər yerdə mövcud olan keçən əsrin əvvəllərində Bakıda iki dünya arasındakı keçid anlayışını, köhnə ənənəvi və yeni müasir anlayışlarını vurğuladı.

Tarixçi-tədqiqatçı cənab Fuad Axundov Baninin kiçik Azərbaycan kəndində anadan olmasından tutmuş rus yazıçısı İvan Buninlə münasibətinə qədər olan ömür yolunu parlaq şəkildə təqdim etdi.

Fransız dili müəllimi Azelma xanım Həsənova taleləri bir-biri ilə sıx bağlı olan Baninin və Qurban Səidin həyat yollarını ilə müqayisə edib

Nəhayət, bu ədəbi gecəni yüksək notda başa vurmaq üçün Bakı Kitab Mərkəzinin direktoru Günel xanım Rzayeva cənab Vüsal Aydəmirovun fortepianoda müşayiəti ilə kitabdan qısa bir parçanı ictimaiyyətə oxudu.

“Qafqaz günləri” kitabını rus və azərbaycan dillərində Bakı Kitab Mərkəzindən, fransız dilində isə Fransa İnstitutunun Media Kitabxanasında əldə etmək olar.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.