Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Événement
Partager sur :

Beynəlxalq Frankofon Mərkəzlərinin Fransız dili Müsabiqəsi / Şənbə, 22 Fevral 2020 saat 9:30 / yazılı test

Groupe "Azərbaycan"

concours


FRANSAYA MƏDƏNİ MƏQSƏDLİ BİR AYLIQ SƏFƏR !

Beynəlxalq Frankofon Mərkəzlərinin fransız dili müsabiqəsi

İFA Lions Clubs de France (www.amicif.fr) Beynəlxalq Frankofon Mərkəzləri (BFM) ilə birgə 8-25 yaş arası fransız dili səviyyəsi B1-dən aşağı olmayan şəxslər üçün fransız dili biliyinə dair müsabiqə keçirir. Müsabiqənin qalibi 2020-ci ilin iyul ayında beynəlxalq frankofon mərkəzlərinin birində Fransaya 1 aylıq səyahət qazanacaqdır. Səfərin xərcləri Lions Clubs de France tərəfindən, gediş-gəliş bileti isə Azərbaycanda Fransız İnstitutu tərəfindən qarşılanacaqdır. 

Keçən ilki müsabiqənin qalibi Ramin Babayev BFM-nin Fransanın Böyük-Şərq (Strasburq, Kolmar və s.) regionunda bir aylıq mədəni məqsədli səfər qazanmışdır. Onun təəssüratları ilə bu linkə daxil olub tanış ola bilərsiniz :

http://www.ifa.az/fr/node/464

- Şənbə günü 22 fevral 2020 saat 9 :30 imtahanın yazılı hissəsi, saat 15 :00 yekun hissə
- İştirak üçün şərt : 18-25 yaş arası şəxslərə şamil olunur
- Keçiriləcək ünvan : Azərbaycanda Fransız İnstitutu, Bakı şəhəri, Füzuli küç, 67
- Əlaqə : [email protected], (012) 5963580


DİQQƏT : İmtahan günü şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.


Qeydiyyatdan keçmək üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur : 


https://docs.google.com/forms/d/e/1FAIpQLSdRss0C6Nexoq0CSxSSbjTfK-jRmcJvtMN2efkPUJfUQVsjrQ/viewform?usp=pp_url

 

 

Samedi 22 fevral 2020
09:30 AM - 01:00 PM (GMT +4)

Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.

Samedi 22 fevral 2020
09:30 AM - 01:00 PM (GMT +4)
  • Təqvimimə əlavə etmək