Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Événement
Partager sur :

İlkin qəbul müraciəti proseduru (DAP) : ağ dosye, sarı dosye və ya yaşıl dosye

Groupe "Azərbaycan"

İlkin qəbul müraciəti (DAP) dövlət universitetinin bakalavr pilləsinin birinci kursunda  və ya memarlıq məktəbində təhsil almaq istəyən bütün xarici tələbələr üçün nəzərdə tutulmuşdur. Bu, avropalı olmayan və fransız orta təhsil diplomu olmayan xarici tələbələrə aid edilən mütləq prosedurdur. 
Əgər Siz « Fransada təhsil / Etudes en France » prosedurunu dəstəkləyən ölkələrin tələbəsisinizsə bu müraciət «Fransada təhsil / Etudes en France» platformu vaitəsilə onlayn şəkildə həyata keçirilir.  Diqqət, « Fransada təhsil / Etudes en France » administrativ proseduru Azərbaycana şamil edilmir. Siz mütləq şəkildə Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət şöbəsinə müraciət eməlisiniz (Campus France ofisi, Azərbaycan Fransız İnstitutu, Füzuli küçəsi 67, AZ1014 Bakı, əlaqə vasitələri aşağıdadır).


• Ağ dosye, universitetin bakalavr pilləsinin birinci kursuna qeydiyyatdan keçmək üçündür;


• Sarı dosye, memarlıq təhsili üzrə memarlıq məktəblərinin nəzdində bakalavrın birinci kursundan magistraturanın 2-ci kursuna qədər qeydiyyatdan keçmək üçün nəzərdə tutulub;


• Yaşıl dosye, universitetin bakalavr pilləsinin birinci kursuna qeydiyyatdan keçmək istəyən Fransada yaşayan xarici tələbələrə aid edilir (bu halda dosye Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət şöbəsinə təqdim edilməməlidir, aşağıdakı izahedici məlumat sənədinə baxın).

Bu proseduru mümkün qədər tez həyata keçirməlisiniz. Mükəmməl olardı ki, təhsil almaq istədiyiniz tədris ilindən əvvəlki ilin noyabr ayından etibarən başlayasınız. Son müraciət tarixini qaçırmamaq üçün müntəzəm olaraq Campus France saytında öz profilinizi izləyin. (Sənədlərin təqdim olunması üçün son tarix 2020-ci ilin yanvar ayının 17-dir).


Sizin fransız universitetindən yekun qəbul almağınız, digər şərtlərlə yanaşı fransız dili biliyi səviyyənizdən də asılıdır. TCF-DAP (fransız dili biliyinin yoxlanılması üçün test – İlkin qəbul müraciəti) sizin dil səviyyənizin təhsilinizi davam etdirmək üçün uyğunluğunu yoxlamağa imkan yaradır. Ümumi Avropa istinad çərçivəsində C1 və C2 səviyyələri üzrə DALF (dərin fransız dili biliyi üzrə diplom) və B2 səviyyəsi üzrə DELF (fransız dili biliyi üzrə təhsil diplomu) diplomlarınız yoxdursa yuxarıda adı çəkilən test imtahanından keçmək mütləqdir. 


Parisin Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən TEF (fransız dili biliyinin yoxlanılması üçün test) test imtahanından keçən və testin yazı hissəsindən 20 bal üzərindən 14 bal nəticə toplayan namizədlər də həmçinin TCF-DAP imtahanından azad olunurlar.
TCF-DAP Fransa Beynəlxalq Təhsil qurumu tərəfindən idarə olunur. Bu test imtahanına aid ətraflı məlumatlar üçün rəsmi internet saytı : http://www.ciep.fr/tcfdap/


Azərbaycanda yalnız Fransız İnstitutu bu imtahanı keçirmək hüququna malikdir. Növbəti imtahan sessiyasının 20-21 yanvar 2020-ci il tarixlərində keçirilməyi nəzərdə tutulur (bu imtahanda iştirak üçün qeydiyyat müddəti 2019-cu ilin dekabr ayının 9-dan 27-nə qədərdir). Qeydiyyatlar və digər ətraflı məlumatlar haqqında aşağıdakı e-mail vasitəsilə əlaqə saxlaya bilərsiniz : [email protected]  
Ətraflı məlumat üçün : http://www.ifa.az/fr/examine_registration


DAP proseduru üçün yüklənilməli olan sənədlər :


« İlkin qəbul müraciəti blankı » tələbə tərəfindən diqqətlə oxunduqdan sonra doldurulmalı və Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət şöbəsinə (Campus France ofisi – Azərbaycanda Fransız İnstitutu) 17 yanvar 2020-ci il tarixindən əvvəl təqdim olunmalıdır.
Bu dosye Campus France ofisi üzrə koordinator Mədinə Mollayevaya aşağıda qeyd olunan ünvana çatdırılmalıdır : Campus France ofisi – Azərbaycanda Fransız İnstitutu, Füzuli küçəsi 67, AZ1014.
[email protected]
+ 994 (0) 12 596 35 80
+ 994 (0) 55 428 54 89


« İzahedici məlumat sənədi » administrativ prosedur boyu Sizi müşayiət edəcək. 

Ağ dosye: 
 Ilkin qəbul müraciət blankı
 « Ağ dosye »nin izahedici məlumat sənədi


Sarı dosye:
 Ilkin qəbul müraciət blankı
 « Sarı dosye »nin izahedici məlumat sənədi

Yaşıl dosye:
 Ilkin qəbul müraciət blankı
 « Yaşıl dosye »nin izahedici məlumat sənədi

Məlumat üçün, müraciət sənədləri Azərbaycanda Fransız İnstitutunun nəzdinə yerləşən Campus France ofisinə (Mədinə MOLLAYEVA, Campus France ofisi üzrə koordinator) tam şəkildə təhvil verilməlidir (Fransa Səfirliyinin ünvanına deyil) : 
Ünvan : Füzuli küçəsi 67, AZ1014 Bakı, Azərbaycan


İş vaxtları bazar ertəsindən şənbə günü də daxil olmaqla saat 09:00-dan 13:00-a qədər və 14:00-dan 18:00-a qədərdir. 
E-mail : [email protected] 
Telefon : +994 12 596 35 80 ; +994 55 428 54 89

Du Vendredi 1 noyabr 2019
-a;-ə Vendredi 17 yanvar 2020

Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.

Du Vendredi 1 noyabr 2019
-a;-ə Vendredi 17 yanvar 2020
  • Təqvimimə əlavə etmək