Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Événement
Partager sur :

RİŞAR QALYANONUN KONSERTİ

Groupe "Azərbaycan"

Mədəni hadisə

 RİŞAR QALYANONUN KONSERTİ, EKSKLÜSİZ TƏKLİF

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı  Fransız İnstitutu sizi  25 oktyabr çərşənbə günü 20.00 -da Elektra Events Hall-da Yalçın Adıgözəlovun rəhbərliyi və Bakı SINFONIETTA orkestrinin müşaiyəti ilə baş tutacaq fransız akkordeonisti Rişar Qalyanonun konsertinə dəvət edir. Bakı Beynəlxalq Jazz Festivalı çərçivəsində  baş tutacaq eksklüziv konsert proqramı Fransa ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin  25 illiyi  münasibətilə  təşkil olunur.

 Galliano

Akkordeonist, bandoneonist və bəstəkar (Opale Concerto, La Valse à Margaux, Tango pour Claude…) Rişar Qalyano (Richard Galliano) istənilən musiqi janrlarında ifa edir. O, 50-dən artıq disk buraxıb və böyük sayda jazz və şanson üslubunda ifa edən musiqiçilərlə əməkdaşlıq edib.  2011-ci ildən etibarən İncəsənət və ədəbiyyat üzrə Zadəgan Ordeni adına sahib olan Rişar Qalyano (Richard Galliano) müxtəlif mükafatların (Victoire de la musique Jazz, Victoire de la musique classique...) laureatıdır.

https://youtu.be/ZZQUnZs9p4s

Alümnilər Rişar Qalyanonun konsert biletləri üçün 50%-lik endirimdən faydalana bilərlər.

Ayaqüstü : 25AZN (50AZN əvəzinə)

Sıra 13,14, 15 : 75AZN (150 AZN əvəzinə)

Sıra 10, 11 : 100AZN (200AZN əvəzinə)

Sıra 7, 8 : 125AZN (250AZN əvəzinə)

Sıra 6 : 150AZN (300AZN əvəzinə)

Sıra 2, 3 : 175AZN (350AZN əvəzinə)

 

Bu təklifdən yararlanmaq üçün 17 oktyabr tarixindən öncə əlaqə məlumatlarınızı (ad, soyad, təhsil ocağı, email adresi, telefon) və əldə etmək istədiyiniz biletlərin sayı və sıra nömrəsi haqqında məlumatları  qeyd edilən email adresinə göndərməyiniz xahiş olunur [email protected]

 

Diqqət, təklif mövcud yerlərin sayına görə məhduddur

Mercredi 25 oktyabr 2017
08:00 PM
Elektra Events Hall
Baku
Localisation

Elektra Events Hall

Baku

Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.

Mercredi 25 oktyabr 2017
08:00 PM
Elektra Events Hall
Baku
  • Təqvimimə əlavə etmək