Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Événement
Partager sur :

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası : Yazıçı və Fransa Akademiyasının üzvü Jan Kristof Rüfən ilə görüş.

Groupe "Azərbaycan"

Fransız yazıçısı və Fransa Akademiyasının üzvü Jan Kristof Rüfən « Kral Zibelinin dünya səyahəti » romanının azərbaycan dilində Qanun Nəşriyyat Evi tərəfindən dərc olunması münasibətilə təqdimat keçirəcəkdir.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası : Yazıçı və Fransa Akademiyasının üzvü Jan Kristof Rüfən ilə görüş.

 

28 sentyabr 2019 şənbə günü saat 15.30 –da Əl oyunları sarayında. ( Səbail rayonu Neftçilər prospekti 26A AZ1000, Xalça Muzeyinin qarşısı)

 

Fransız yazıçısı və Fransa Akademiyasının üzvü Jan Kristof Rüfən « Kral Zibelinin dünya səyahəti » romanının azərbaycan dilində Qanun Nəşriyyat Evi tərəfindən dərc olunması münasibətilə təqdimat keçirəcəkdir.

(təqdimat fransızca azərbaycan dilinə tərcümə ilə, Qanun Nəşriyyat Evinin rəhbəri Cənab Şahbaz Xuduoğlu tərəfindən canlandırılacaqdır) – (məkan: Sərginin mərkəzində qurulmuş açıq zal)

 

Fransanın Azərbaycandakı Səfiri,  Cənab Zakari Qross yazıçı Jan Kristof Rüfəni Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qarşılamaqdan və onun azərbaycan dilinə tərcümə edilib dərc olunmuş  “Kral Zibelinin dünya səyahəti” (Qallimar/Qanun nəşriyyat evləri) kitabının təqdimatında iştirak etməkdən şərəf hissi duyacaqdır.

 

1952-ci ildə anadan olmuş Jan Kristof Rüfən peşəcə həkimdir və Sərhəd Tanımayan Həkimlər humanitar hərəkatının yaradıcılarındandır. Müəllifi olduğu 17 roman ona Fransanın ədəbiyyat səhəsində ən nüfuzlu mükafatlarını qazandırmış ( Qonkur İlk Roman mükafatı, Qonkur mükafatı, İnteralye mükafatı...) və çox sayda nəşrləri satılmışdır. Adı 20 ildən artıq fransız yazıçıları arasında ən çox kitabları satılan kateqoriyaya daxildir.

 

2008-ci ildə Fransa Akademiyasına seçilmiş və ən gənc üzv adına layiq olmuşdur. Əvvəllər Anri Troyanın Akademiyada iclas etdiyi 28-ci nömrə altında iştirak edir.

Jan Kristof Rüfən eləcə də Fransanın Seneqalda Səfiri vəzifəsini 2007 – 2010 tarixlərində icra etmişdir.

 

« Kral Zibelinin dünya səyahəti » romanı XVIII-ci əsrdə yaşamış, macəra axtaran, Avropaya, Asiyaya və Afrikaya tədqiqat səfərləri etmiş və « Madaqaskar kralı » adını daşıyan macar zadəganı haqqdadır. Kitabın yazılmasında müəllif ilhamı « Xatirələr və Səyahətlər » adlı kitabından tapmışdır.

 

Jan Kristof Rüfənin « Böyük Ürək » romanı Azərbaycan Fransız İnstitutunun nəşrə dəstək proqramı çərçivəsində tezliklə azərbaycan dilində dərc olunması nəzərdə tutulub. Sözü gedən proqram vasitəsilə bir sıra digər fransız yazıçılarının əsərləri (Qonkur 2016 mükafatına layiq görülmüş Leyla Slimaninin « Dayə » romanı, Toma Piketinin « 21- ci əsrin Kapitalı » kitabı )  azərbaycan dilinə tərcümə olunmuşdur. Adları qeyd olunan son iki kitab 27-29 sentyabr tarixlərində Əl oyunları sarayında keçiriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanda Fransız İnstitutunun güşəsində təqdim olunacaqlar.

 

Giriş sərbəstdir

 

http://mct.gov.az/az/umumi-xeberler/vi-baki-beynelxalq-kitab-sergi-yarmarkasi-kecirilecek

 

http://mct.gov.az/en/common-news/a10299

 

http://www.ifa.az/fr/node/466 

Samedi 28 sentyabr 2019
03:30 PM (GMT +4)

Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.

Samedi 28 sentyabr 2019
03:30 PM (GMT +4)
  • Təqvimimə əlavə etmək