Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

UFAZ-ın 2020-2021-ci tədris illəri üçün yeni magistratura proqramlarının təqdimatı üzrə mətbuat konfransı

12 fevral 2020 İşlər
Görülmüş 400 fois

UFAZ (Fransız-Azərbaycan Universiteti) 2020-2021-ci il tədris illərində 3 yeni magistratura proqramları təklif edəcək : tətbiqi kompüter elmləri, geoelmlər və fiziki kimya.

6 fevral 2020-ci il tarixində Fransanın ölkəmizdəki səfiri cənab Zakari Qros, Neft və Sənaye Universitetinin rektoru cənab Mustafa Babanlı, Təhsil Nazirliyinin elm, orta, ali təhsil və elmi araşdırmalar şöbəsinin müdiri cənab Yaqub Piriyev, eyni nazirliyin beynəlxalq əlaqələr şöbəsinin direktoru cənab Nicat Məmmədli və elmi ekspert, Strasburq Universitetinin müəllim-tədqiqatçısı cənab Pier Kole ilə birlikdə, bu proqramları təqdim edən mətbuat konfransında iştirak etdi.

Bu təlimlər fransız və azərbaycanlı müəllim-tədqiqatçı qrupları tərəfindən tədris olunacaq. Fransa tərəfindən əsasən UNISTRA-dan (Strasburq Universiteti), eyni zamanda digər universitetlərdən (Rouen Universiteti, Mulhouse Universiteti, Lotaringiya Universiteti və Rennes 1 Universiteti) gələn müəllim-tədqiqatçılar dərs deyəcək.

UFAZ-da hazırda bakalavr pilləsində təhsil alan 500-dən çox tələbə olsa da, bu proqram universitetin işini daha da gücləndirəcəkdir (növbəti tədris ilinin əvvəlində gözlənilən 80-ə yaxın magistr tələbəsi).




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.