Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransanın Azərbaycandakı Səfiri Cənab Zakari QROS-un Bakı Dövlət Universitetinin Rektoru Cənab Elçin BABAYEV ilə görüşü (24/09/2020)

25 sentyabr 2020 İşlər
Görülmüş 37 fois

Bakı Dövlət Universitetinin Rektoru Cənab Elçin BABAYEV, 24 sentyabr 2020-ci il tarixində Fransanın Azərbaycandakı Səfiri Cənab Zakari QROS-u qəbul edib. Görüşdə, Fransa ilə universitet əməkdaşlığının gücləndirilməsi perspektivləri müzakirə edilib. 

Onlar 2021-2022-ci tədris ilinin başlanğıcında, Lyon II universitetinin hüquq Fakültəsi ilə əməkdaşlıq çərçivəsində əqli mülkiyyət hüququ sahəsində ikili magistr diplomunun yaradılmasını alqışladılar. Bu ildən başlayaraq IFA (Azərbaycan fransız İnstitutu) ilə əməkdaşlıq çərçivəsində magistr pilləsində təhsil alacaq gələcək tələbələr üçün intensiv fransız dili dərslərinin proqramının qurulmasını məmnuniyyətlə qarşıladılar. Əqli mülkiyyət hüququ sahəsində magistr dərəcəsinin yaradılması Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bundan başqa, Rektor BABAYEV, Bakı Dövlət Universiteti ilə Lyon II Universiteti arasında arxeologiya sahəsindəki əməkdaşlığı daha da inkişaf etdirmək fürsətini alqışladı və bu sahədə ikili magistr dərəcəsi yaratmaq və birgə arxeoloji tədqiqat mərkəzinin yaradılması imkanını nəzərdən keçirməyi təklif etdi. 

O, TOTAL şirkəti ilə artıq mövcud olan əməkdaşlıq münasibətlərini məmnuniyyətlə qarşıladı və Azərbaycanda fəaliyyət göstərən digər Fransız şirkətlərinin də tədqiqat və sənaye sahəsində əməkdaşlıq çərçivəsində tələbələrin təhsilinə töhfə verməsininin mümkün olmasını dilədi. 

Fransa Səfirliyinin çox qısa bir zamanda Lyon II Universiteti ilə dialoqu asanlaşdırmaq üçün çalışacağı razılaşdırıldı. Bundan başqa, Campus France Azərbaycan təşkilatının məsul nümayəndəsi sanitar şərait imkan verən anda Bakı Dövlət Universitetində fransız təhsili haqqında təqdimat etmək üçün dəvət edildi.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.