Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Fransanın Azərbaycandakı Səfirliyinin qadınlar və kişilər arasında Bərabərlik mövzusunda Müsabiqəsi (namizədlər 30 sentyabr 2020 tarixinədək müraciət edə bilərlər)

24 iyul 2020 Communauté
Görülmüş 80 fois

     

Qadın-kişi bərabərliyi insanın fundamental hüququndan daha çox sülh, firavanlıq və davamlı inkişaf üçün bir zərurətdir.

Baxmayaraq ki, qadınlara 2020-ci ilin pandemiyası daha çox fəsad törətmişdir dünya üzrə inkişafın bərpasında onların mühüm rolu olacaqdır.

Bu səbəbdən Fransanın Azərbaycandakı Səfirliyi ilk olaraq 2020-ci ildə qadın-kişi bərabərliyi uğrunda tutduğu mövqe ilə gələcəyə inam verən və cəmiyyətdə qadınların aktiv iştirakı naminə fəaliyyət göstərən bir gənc azərbaycan qadınını "Qadın-kişi Bərabərliyi Mükafatı" ilə təltif edəcəkdir.

Müsabiqənin qalibi qadınların hüquqları mövzusunda Fransada təşkil olunacaq yüksək səviyyəli təlim və görüşlərdə iştirak etmək üçün qısa səyahət qazanacaqdır.

Sözü gedən müsabiqə irəlidəki kateqoriyalarda layihə üzərində işləyən qadınlara şamil olunur :

Aparıcı "lider" qadınların təbliği : əmək bazarında, təşkilatda qadınların önə çıxması
Qadınlara qarşı törədilən zorakılıq ilə mübarizə
Cinsi stereotiplər ilə mübarizə
Yaradıcı qadınların təbliği : qadın sənətkarlara, kinematoqraflara, moda yaradıcılarına, memarlara və s. dəstək.
Namizədlər ingilis və/ya fransızdilli ola bilərlər.

Namizədlər müraciətlərini Fransa Səfirliyinə 30 sentyabr 2020-ci il tarixinədək təqdim edə bilərlər.

Müsabiqənin ümumi qaydaları və müraciət qaydaları ilə yaxından tanış olmaq üçün irəlidəki sənədi yükləməniz xahiş olunur (PDF əsasnamə).




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.