Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Gənc məzunlar : Fransız ali təhsili dünyanın ən yaxşı ikinci əmək məşğulluğu qabiliyyəti təklif edir.

04 yanvar 2021 İşlər
Görülmüş 17 fois

Bir fransız universiteti və ya ali məktəbi tərəfindən təklif olunan əmək məşğulluğu qabiliyyəti sürətlə istər fransız, istərsə də xarici tələbələr üçün seçimin həlledici meyarına çevrilir.

Fransa, QS (Quacquarelly Symonds) sıralamasına görə, qlobal məşğulluq səviyyəsində ikinci yerə yüksəlib, bu isə dünyadakı işəgötürənlər tərəfindən ən çox tələbə axtarılan ölkələrin sıralaması deməkdir. Bu əmək məşğulluğu sıralaması beş meyara əsaslanır: işə götürənlərin yanında nüfuzun olması; məzunların (alumni) karyeraları ; ali təhsil müəssisələrinin şirkətlərlə əməkdaşlığı; şirkətlər və tələbələr arasında münasibətlər; və məzunların məşğulluq faizi. Təhsil müəssisələri 22 fərqli ölkədə 9000 işəgötürən tərəfindən geniş meyarlara əsasən qiymətləndirilmişdir: tələbələrin seçilməsi, müəllimlərin keyfiyyəti, peşə bacarığı, rəqəmsal mədəniyyət, sahibkarlıq üzərində vurğu, yerləşmə və s…

 

Bir universitet və ya məktəb tərəfindən təklif olunan əmək məşğulluğu qabiliyyəti, bəlkə də tələbələr üçün həlledici seçim meyarına çevrilmək üzrədir.

İlk 100-lük arasında ən az 3 fransız ali təhsil müəssisəsi yer alır: Politexnik Məktəbi (École Polytechnique) (30-cu sıra), CentraleSupélec (67-ci sıra) və Paris Elmlər et Ədəbiyyat Universiteti (PSL, 91-cı sıra).

 

Bunun fransız ali təhsil müəsissələri üçün yaxşı bir irəliləyiş olduğunu vurğulayan QS-in araşdırmalar direktoru Ben Sovter, "Fransız ali təhsil müəsissələri məzunlarını daimi dəyişiklik dünyasında əmək bazarına hazırlamaq üçün çox səy göstərib. Əslində, bütün dünyada olan işəgötürənlər Harvard və ya Oxford məzunlarının keyfiyyəti qədər Centrale Supéléc məzunlarını da qeyd edə bilər " deyə o, israr edib.




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.