Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Strasburq Universitetinə təhsil səfərindən əvvəl UFAZ-ın məzunları və eyni zamanda Fransa səfirliyinin təqaüdçüləri olan iki gələcək doktorantla görüş (Fransa səfirliyinin iqamətgahı, 19 iyul 2022-ci il)

21 iyul 2022 Communauté
Görülmüş 12 fois

 

Fransanın Azərbaycandakı Səfiri Cənab Zakari QROS, növbəti tədris ilinin əvvəlində Strasburq Universitetində ikili diplom proqramı çərçivəsində doktorantura təhsilinə başlayacaq Azərbaycan-Fransız Universitetinin (UFAZ) iki magistr məzununu Fransa səfirliyinin iqamətgahında qəbul edib. Onları UFAZ-ın Tədqiqat Departamentinin direktoru, professor Filip Turek müşayiət edib və görüş zamanı danışıqlar səfirliyin mədəniyyət və əməkdaşlıq şöbəsinin müşaviri Jerom Kel və universitet və elmi əməkdaşlıq üzrə məsul şəxs Ogüsten Üot dö Sen Albenin iştirakı ilə baş tutmuşdur.

Bu iki doktorant Fransanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir və onlara tədqiqat işləri üçün 3 il ərzində birgə maliyyələşdirilən doktorantura təqaüdü verir (2022 – 2025). Onlar Fransada olduqları müddətcə 6 aylıq üç tədqiqat işi aparacaqlar və bu müddət ərzində bu dəstəkdən faydalanacaqlar. Azərbaycanda aparılan tədqiqat dövrlərində onlar UFAZ və Azərbaycan Dövlət Sənaye və Neft Universiteti (ADNSU) tərəfindən maliyyə dəstəyi alacaq və orada da dərs deyəcəklər.

İlk doktorant UFAZ-ın “Coğrafiya mühəndisliyi” ixtisası üzrə magistr məzunudur. O, « Interplay between the Greater Caucasus and West Caspian fault: a joint analysis of seismological and geodetic data » adlı Böyük Qafqaz regionu üzrə seysmoloji mövzuda tədqiqat işi hazırlayır. Məlumat və təsvirlərdən istifadə edərək, o, bölgədəki bir çox seysmik hadisələri daha yaxşı başa düşməyə və xəritələşdirməyə çalışacaq. Toplanmış məlumatların təhlili və şərhi Strasburq Universitetinin təcrübəsinə və yüksək dəqiqlikli xüsusi avadanlığına əsaslanır.

İkinci doktorant UFAZ-ın “İnformatika və süni intellekt” ixtisası üzrə magistr məzunudur. O, Süni İntellekt (ingiliscə AI) və Deep Learning sahəsində tədqiqatlar aparacaq. Onun « Autonomous explainable AI using a neuro-symbolic approach »  adlı tədqiqat işi süni intellektin yaratdığı diaqnozların şərhinin təkmilləşdirilməsi imkanlarını öyrənəcək. Həqiqətən, nəticə tapmaqdan əlavə, AI bu nəticəyə necə gəldiyini izah edərək təhlilin etibarlılığını sübut edə bilməlidir. Bu təqdiqatın tətbiqi sahələri bu gənc tədqiqatçının Strasburqda qoşulduğu laboratoriyanın ixtisası olan tibb sahəsinə yönəldiləcəkdir.

 

imageimageimage
image



Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.