Inscription à la newsletter
s'inscrire / se connecter

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
Yeniliklər
Partager sur :

Təşəkkür edirəm, universitet müəllimim!" adlı video müsabiqəyə start verilir.

30 oktyabr 2020 İşlər
Görülmüş 27 fois

26 Noyabr 2020-ci il tarixində keçiriləcək "Fransız dili Müəllimi Günü 2020" tədbiri münasibətilə Mərkəzi və Şərqi Avropa Frankofoniya Universitet Agentliyi "Təşəkkür edirəm, universitet müəllimim!" adlı video müsabiqəyə start verir. Bu müsabiqə Mərkəzi və Şərqi Avropa Frankofoniya Universitet Agentliyinə üzvü olan universitetlərdə bakalavr və ya magistr dərəcəsi proqramında təhsil alan tələbələrə ünvanlanır (Azərbaycanda bunlar Azərbaycan Dillər Universiteti və UFAZ-dır).

Müsabiqənin məqsədi Frankofon Universitet Agentliyinə üzvü olan universitetlərdə fransız dili müəllimlərlə yanaşı fransız dilində fənn tədris edən müəllimlərə də dəyər verməkdir.

3 dəqiqədən çox olmayan bir video vasitəsilə iştirakçılar, fransız dili müəllimini və ya universitetdə Fransız dilində fənn tədris edən müəllimini insani və peşəkar keyfiyyətlərini önə çəkərək təsvir etməyə dəvət olunurlar.

İştirak etmək istəyirsiniz? Linkə daxil olun! https://www.auf.org/nouvelles/appels-a-candidatures/lancement-du-concours-video-merci-mon-prof-duniversite/

Müsabiqə 20 noyabr 2020-ci il tarixinə qədər açıqdır!




Commentaires

Vous devez être connecté pour laisser un commentaire. Connectez-vous.