Newsletter subscription
To register / To login

Sites pays et partenaires

Membres :
0 200 500 1000 2000 5000 10000+
News
Share with :

“İmagine” Avropa festivalı 7-15 may tarixlərində Azərbaycanda onlayn formatda

07 May 2020 Business
View 522 times

“İmagine” Avropa festivalı 7-15 may tarixlərində Azərbaycanda onlayn formatda: https://www.euroimagine.az/

Fransız proqramı : « A song for Bakou – Bakı üçün nəğmə » layihəsində Filiqan və İsmayıl Zülfüqarov tərəfindən Janqo Reinhartın « Daphné  » kompozisiyası ; fotoqraflar Matiö Aq və Nikola Landemar tərəfindən sərgi.
Mədəni müxtəlifliyə həsr olunmuş IMAGINE Avro Tolerantlıq festivalı, bir qədər xüsusi olan 4-cü nəşri ilə bizlərlədir. Belə ki, mövcud şərtlər nəzərə alınmaqla, festival 7 maydan 15-dək onlayn olaraq keçiriləcəkdir.
Proqramda bir çox mədəni tədbirlər, sərgilər, konsertlər, filmlər, konfranslar və s. mövcuddur.
 
Dəvət olunanlar arasında üç fransız sənətçi: iki fotoqraf - Matiö Aq və Nikola Landemar, və gitara ifaçısı Filiqanı görməkdən çox məmnunuq.


Matiö Aq həyatı və karyerasını əhatə edən önəmli fotolarını 7 may tarixindən etibarən, saat 4-də təqdim edəcəkdir.
9 may Avropa günü münasibətilə, fransız gitaraçı Filiqanın, tar ifaçısı İsmayıl Zülfüqarov ilə yaratdığı « Tar-Gitara » dueti tərəfindən ifa edilən Janqo Reinhardtın « Daphné » (« Dəfnə ») kompozisiyasının musiqili videosuna baxa biləcəksiz.


Mayın 12-də Nikola Landemar seçilmiş fotoşəkillərinin sərgisini təqdim edəcək.


Bundan əlavə, mayın 15-də saat 19.00-da, Matiö Aqın rejissoru olduğu, karantin günlərinə həsr olunmuş « Mənim üç pəncərəm » adlı filmi yayımlanacaqdır.


Festivalın tam proqramını https://www.euroimagine.az/ saytından əldə edə bilərsiniz.


Bütün onlayn mədəni tədbirlər proqramına festival dövründə və festivaldan sonra saytda baxıla bilər.
Fransa səfirliyinin mədəniyyət müşaviri cənab Jerom Kel tərəfindən festivalın Fransız proqramına həsr olunmuş video-elanı ilə tanış olun.

 




Comments

Vous devez être connecté pour laisser un commentaire. Log in